Əsas Səhifə > Hadisə > Mingəçevirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Mingəçevirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb19-03-2020, 19:17 |
|
Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib. Rubrika.Az Apa-ya istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən nəqliyyat körpüsündə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri almış iki kişi və bir qadın xəstəxanaya çatdırılıb. Yaşlılardan biri maşında sıxılmış vəziyyətdə qaldığından onu FHN-nin xilasetmə qrupu maşından çıxarıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |