Mingəçevirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
![]()
Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az Apa-ya istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən nəqliyyat körpüsündə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri almış iki kişi və bir qadın xəstəxanaya çatdırılıb.
Yaşlılardan biri maşında sıxılmış vəziyyətdə qaldığından onu FHN-nin xilasetmə qrupu maşından çıxarıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












