Əsas Səhifə > Hadisə > Sumqayıtda mikroavtobus yük maşını ilə toqquşub

Sumqayıtda mikroavtobus yük maşını ilə toqquşub


24-03-2020, 18:17
Sumqayıtda mikroavtobus yük maşını ilə toqquşub



Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Rubrika.Az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.//AZƏRTAC


Rubrika.Az
Geri qayıt