Sumqayıtda mikroavtobus yük maşını ilə toqquşub
![]()
Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb.
Rubrika.Az xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.//AZƏRTAC
Rubrika.Az
Facebook-da paylaş












