Əsas Səhifə > Hadisə > Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb


25-03-2020, 17:20
Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb


Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt