Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb
![]()
Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












