Əsas Səhifə > Bölgə > Ucarda usta yıxılaraq xəsarət aldı - FOTO

Ucarda usta yıxılaraq xəsarət aldı - FOTO


27-03-2020, 19:57
Ucarda usta yıxılaraq xəsarət aldı - FOTO


Ucar sakini usta kimi işlədiyi evin tavanından yıxılaraq xəsarət alıb.

Rubrika.Az xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Zahidov Həsənqulu Həsən oğlu həmkəndlisinin evinin tavanında usta kimi işləyərkən ayağı büdrəyərək yıxılıb.

Ağır xəsarət alan yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.


Ucarda usta yıxılaraq xəsarət aldı - FOTO

Həkimlər xəstəyə sol ayağının sınığı, baş nahiyəsinin əzilmiş cırılmış yarası diaqnozu qoyublar. Faktla bağlı araşdırma aparılır. //Report


Rubrika.Az

Geri qayıt