Ucarda usta yıxılaraq xəsarət aldı - FOTO
![]()
Ucar sakini usta kimi işlədiyi evin tavanından yıxılaraq xəsarət alıb.
Rubrika.Az xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Zahidov Həsənqulu Həsən oğlu həmkəndlisinin evinin tavanında usta kimi işləyərkən ayağı büdrəyərək yıxılıb.
Ağır xəsarət alan yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.![]()
Həkimlər xəstəyə sol ayağının sınığı, baş nahiyəsinin əzilmiş cırılmış yarası diaqnozu qoyublar. Faktla bağlı araşdırma aparılır. //Report
Rubrika.Az
Facebook-da paylaş











