Əsas Səhifə > Dünya > Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər

Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər


31-03-2020, 20:01
Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Rubrika.Az xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı koronavirus pandemiyası ilə bağlı müzakirələr aparılıb.

Prezidentlər bildiriblər ki, pandemiya ilə mübarizə yalnız beynəlxalq həmrəylik nəticəsində mümkün ola bilər. Liderlər həmçinin pandemiyanın müxtəlif təsirlərinin nəzarətə alınması üçün ən yaxşı tədbirlərin və təcrübələrin tətbiq olunmasını da müzakirə ediblər.//apa.az


Rubrika.Az
Geri qayıt