Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Rubrika.Az xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı koronavirus pandemiyası ilə bağlı müzakirələr aparılıb.
Prezidentlər bildiriblər ki, pandemiya ilə mübarizə yalnız beynəlxalq həmrəylik nəticəsində mümkün ola bilər. Liderlər həmçinin pandemiyanın müxtəlif təsirlərinin nəzarətə alınması üçün ən yaxşı tədbirlərin və təcrübələrin tətbiq olunmasını da müzakirə ediblər.//apa.az
Rubrika.Az
Facebook-da paylaş
















