Əsas Səhifə > Aktual > “Nardaran işi”nə görə həbs edilən şəxs də əfv edildi
“Nardaran işi”nə görə həbs edilən şəxs də əfv edildi7-04-2020, 09:26 |
|
Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında “Nardaran işi”nə görə həbs edilən 68 yaşlı vətəndaş da var. Rubrika.Az-ın verdiyi xəbərə görə, Nardaran sakini Eldar Binyədov Daxili İşlər Nazirliyinin 2015-ci il noyabrın 26-da qəsəbədə keçirdiyi əməliyyatdan 5 gün sonra evində saxlanılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. //Yenisabah.az Rubrika.Az Geri qayıt |