“Nardaran işi”nə görə həbs edilən şəxs də əfv edildi
![]()
Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında “Nardaran işi”nə görə həbs edilən 68 yaşlı vətəndaş da var.
Rubrika.Az-ın verdiyi xəbərə görə, Nardaran sakini Eldar Binyədov Daxili İşlər Nazirliyinin 2015-ci il noyabrın 26-da qəsəbədə keçirdiyi əməliyyatdan 5 gün sonra evində saxlanılmışdı.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. //Yenisabah.az
Rubrika.Az
Facebook-da paylaş













