Əsas Səhifə > Dünya > Gürcüstanda 45 pasiyent koronavirusdan sağalıb
Gürcüstanda 45 pasiyent koronavirusdan sağalıb7-04-2020, 19:34 |
|
Gürcüstanda daha altı pasiyent koronavirusdan sağalıb. Rubrika.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla qonşu ölkədə COVID-19 infeksiyasından tam müalicə olunanların sayı 45 nəfərə çatıb. Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirus 195 nəfərdə aşkarlanıb, onların 3-ü ölüb. Hazırda karantində 4 708, stasionar nəzarətdə isə 370 nəfər var.//Report Rubrika.Az Geri qayıt |