Gürcüstanda 45 pasiyent koronavirusdan sağalıb
![]()
Gürcüstanda daha altı pasiyent koronavirusdan sağalıb.
Rubrika.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasından tam müalicə olunanların sayı 45 nəfərə çatıb.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirus 195 nəfərdə aşkarlanıb, onların 3-ü ölüb.
Hazırda karantində 4 708, stasionar nəzarətdə isə 370 nəfər var.//Report
Rubrika.Az
Facebook-da paylaş














