Əsas Səhifə > Dünya > ABŞ koronavirusa qarşı dərman hazırlayıb
ABŞ koronavirusa qarşı dərman hazırlayıb8-04-2020, 17:28 |
|
Koronavirusun ən çox yayıldığı ölkə olan ABŞ-da peyvənd və dərman axtarışı davam edir. Rubrika.Az xəbər verir ki, amerikalı mütəxəssislər virusun müalicəsində işə yarayacaq dərman hazırladıqlarını açıqlayıblar. Şimali Karolina Universitetində Timoti Şeyanın rəhbərlik etdiyi bir qrup EIDD-2801 adlı bir dərman hazırlayıb. Koronavirusun birbaşa tənəffüs yollarına ciddi ziyan vurduğunu açıqlayan Şeyan hazırladıqları dərmanın ağciyərlərdə zərəri azaltdığını deyib. O , dərmanın ilk əvvəl siçanlar üzərində sınaqdan keçdiyini vurğulayıb: "Artıq insanlar üzərində sınaqdan keçməyə hazırdır. Bu dərman xəstəliyin ilkin mərhələsində ,yəni simptomlar hələ yeni müəyyənləşərkən istifadə edilə bilər. İnfeksiyanın yayılmağa başladığı ilk 12-24 saat ərzində tətbiq olunan bir müalicə olacaq. EIDD-2801 təkcə bu gün yox, gələcəkdə də müxtəlif koronaviruslara qarşı tətbiq olunacaq".//Yenisabah.az Rubrika.Az Geri qayıt |