ABŞ koronavirusa qarşı dərman hazırlayıb
![]()
Koronavirusun ən çox yayıldığı ölkə olan ABŞ-da peyvənd və dərman axtarışı davam edir.
Rubrika.Az xəbər verir ki, amerikalı mütəxəssislər virusun müalicəsində işə yarayacaq dərman hazırladıqlarını açıqlayıblar. Şimali Karolina Universitetində Timoti Şeyanın rəhbərlik etdiyi bir qrup EIDD-2801 adlı bir dərman hazırlayıb. Koronavirusun birbaşa tənəffüs yollarına ciddi ziyan vurduğunu açıqlayan Şeyan hazırladıqları dərmanın ağciyərlərdə zərəri azaltdığını deyib.
O , dərmanın ilk əvvəl siçanlar üzərində sınaqdan keçdiyini vurğulayıb: "Artıq insanlar üzərində sınaqdan keçməyə hazırdır. Bu dərman xəstəliyin ilkin mərhələsində ,yəni simptomlar hələ yeni müəyyənləşərkən istifadə edilə bilər.
İnfeksiyanın yayılmağa başladığı ilk 12-24 saat ərzində tətbiq olunan bir müalicə olacaq. EIDD-2801 təkcə bu gün yox, gələcəkdə də müxtəlif koronaviruslara qarşı tətbiq olunacaq".//Yenisabah.az
Rubrika.Az
Facebook-da paylaş









