Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb

Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb


8-04-2020, 17:39
Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb


"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".

Rubrika.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq".

R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var.


Rubrika.Az
Geri qayıt