Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb
![]()
"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".
Rubrika.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq".
R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var.
Rubrika.Az
Facebook-da paylaş












