Əsas Səhifə > Bölgə > Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?
Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?9-04-2020, 17:29 |
|
Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub. Rubrika.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb: “Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib. Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib. Rubrika.Az Geri qayıt |