Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?
![]()
Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub.
Rubrika.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb:
“Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib.
Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib.
Rubrika.Az
Facebook-da paylaş













