Əsas Səhifə > Səhiyyə > Naxçıvanda 1 nəfər koronavirusdan öldü
Naxçıvanda 1 nəfər koronavirusdan öldü13-04-2020, 11:23 |
![]() Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Rubrika.Az-ın yenisabah.az-a istinadla xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir. “Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir. Rubrika.Az Geri qayıt |