Naxçıvanda 1 nəfər koronavirusdan öldü

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Rubrika.Az-ın yenisabah.az-a istinadla xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir.
Rubrika.Az
Facebook-da paylaş














