Əsas Səhifə > Araşdırma > Koronavirus 126 milyon insanı işsiz qoyub – Ölkələr üzrə siyahı
Koronavirus 126 milyon insanı işsiz qoyub – Ölkələr üzrə siyahı13-04-2020, 11:42 |
|
Koronavirusun ölkələrin iqtisadiyyatina mənfi təsir göstərdiyi şübhəsizdir. Əsas narahatlıq işsizlərin sayının artmasıyla bağlıdır. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, hazırda pandemiyanın cənginə aldığı dünyada 126 milyon işsiz var. Onlardan 121 milyonu qlobal iqtisadiyyatda rolu olan 50 ölkədədir. Virusa ən ağır şəkildə yoluxan ölkə isə 21 milyon işsizlə Nigeriyadır. Braziliyada isə rəsmi olaraq 12.3 milyon işsiz insan yaşayır. ABŞ və Çin kimi ölkələrdə isə işsizliyin artması ilə yanaşı qlobal ticarətin kiçilməsi də davam edəcək. ABŞ-da işsizlik sığortasına baş vuranların sayı bir həftədə 6 milyonu keçib. Çində isə işsiz sayı artıq 10 milyona çatır. Avropa Birliyinə üzv dövlətlərdə isə ümumilikdə 15.3 milyon işsiz mövcuddur. Türkiyə 4.3 milyon işsiz ilə dünyada 8-ci yerdə dayanır. Siayhıda yer alan ilk 20 ölkəni təqdim edirik: Nigeriya - 20.milyon 928 min Braziliya - 12.milyon 340 min Çin - 9.milyon 480 min ABŞ - 7. milyon 140 min İndoneziya - 6.milyon 816 min Cənubi Afrika - 6. milyon 700 min Angola - 4.milyon 627 min Türkiyə - 4. milyon 362 min İspaniya - 3.milyon 548 min Rusiya - 3.milyon 430 min Fransa - 3.milyon 234 min Kolumbiya - 3.milyon 045 min İtalya - 2.milyon 513 min Filippin - 2. milyon 390 min Almaniya - 2. milyon 335 min Misir - 2. milyon 329 min Meksika - 1. milyon 942 min Yaponya - 1. milyon 660 min Kanada - 1. milyon 547 min Əlcəzair - 1. milyon 440 min Rubrika.Az Geri qayıt |