Koronavirus 126 milyon insanı işsiz qoyub – Ölkələr üzrə siyahı
![]()
Koronavirusun ölkələrin iqtisadiyyatina mənfi təsir göstərdiyi şübhəsizdir. Əsas narahatlıq işsizlərin sayının artmasıyla bağlıdır.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, hazırda pandemiyanın cənginə aldığı dünyada 126 milyon işsiz var. Onlardan 121 milyonu qlobal iqtisadiyyatda rolu olan 50 ölkədədir. Virusa ən ağır şəkildə yoluxan ölkə isə 21 milyon işsizlə Nigeriyadır. Braziliyada isə rəsmi olaraq 12.3 milyon işsiz insan yaşayır.
ABŞ və Çin kimi ölkələrdə isə işsizliyin artması ilə yanaşı qlobal ticarətin kiçilməsi də davam edəcək. ABŞ-da işsizlik sığortasına baş vuranların sayı bir həftədə 6 milyonu keçib. Çində isə işsiz sayı artıq 10 milyona çatır. Avropa Birliyinə üzv dövlətlərdə isə ümumilikdə 15.3 milyon işsiz mövcuddur. Türkiyə 4.3 milyon işsiz ilə dünyada 8-ci yerdə dayanır.
Siayhıda yer alan ilk 20 ölkəni təqdim edirik:
Nigeriya - 20.milyon 928 min
Braziliya - 12.milyon 340 min
Çin - 9.milyon 480 min
ABŞ - 7. milyon 140 min
İndoneziya - 6.milyon 816 min
Cənubi Afrika - 6. milyon 700 min
Angola - 4.milyon 627 min
Türkiyə - 4. milyon 362 min
İspaniya - 3.milyon 548 min
Rusiya - 3.milyon 430 min
Fransa - 3.milyon 234 min
Kolumbiya - 3.milyon 045 min
İtalya - 2.milyon 513 min
Filippin - 2. milyon 390 min
Almaniya - 2. milyon 335 min
Misir - 2. milyon 329 min
Meksika - 1. milyon 942 min
Yaponya - 1. milyon 660 min
Kanada - 1. milyon 547 min
Əlcəzair - 1. milyon 440 min
Rubrika.Az
Facebook-da paylaş











