Əsas Səhifə > Dünya > Yaponiyada fövqəladə vəziyyət elan olundu
Yaponiyada fövqəladə vəziyyət elan olundu16-04-2020, 17:25 |
|
Yaponiya koronavirusla mübarizədə daha sərt qərarlar qəbul etməyə başlayıb. Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bu gündən Yaponiyada fövqəladə vəziyyət elan olunub. Hökumətin bu qərarını Baş nazir Abe Şinzo açıqlayıb. Yaponiya hökumətinin başçısı fövqəladə vəziyyət rejiminin mayın 6-na qədər davam edəcəyini bildirib. Qeyd edək ki, bu günə kimi Yaponiyada koronavirusdan 195 nəfər ölüb. Virusa yoluxanların sayı isə 9 min 800 nəfərdir. Rubrika.Az Geri qayıt |