Yaponiyada fövqəladə vəziyyət elan olundu
![]()
Yaponiya koronavirusla mübarizədə daha sərt qərarlar qəbul etməyə başlayıb.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bu gündən Yaponiyada fövqəladə vəziyyət elan olunub.
Hökumətin bu qərarını Baş nazir Abe Şinzo açıqlayıb. Yaponiya hökumətinin başçısı fövqəladə vəziyyət rejiminin mayın 6-na qədər davam edəcəyini bildirib.
Qeyd edək ki, bu günə kimi Yaponiyada koronavirusdan 195 nəfər ölüb. Virusa yoluxanların sayı isə 9 min 800 nəfərdir.
Rubrika.Az
Facebook-da paylaş











