Əsas Səhifə > Bölgə > Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan beş gənc saxlanıldı
Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan beş gənc saxlanıldı20-04-2020, 17:25 |
|
Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Rubrika.Az-a məlumat verilib. Quba rayonu İkinci Nügədi kəndinin beş sakini kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq, yeyib-içmək məclisi təşkil edib. Elan edilmiş xüsusi karantin qaydalarını pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Burada onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 100 manat məbləğində cərimə edilib. Rubrika.Az Geri qayıt |