Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan beş gənc saxlanıldı
![]()
Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Rubrika.Az-a məlumat verilib.
Quba rayonu İkinci Nügədi kəndinin beş sakini kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq, yeyib-içmək məclisi təşkil edib.
Elan edilmiş xüsusi karantin qaydalarını pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Burada onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 100 manat məbləğində cərimə edilib.
Rubrika.Az
Facebook-da paylaş














