Əsas Səhifə > Hadisə > Oğurluq edən keçmiş məhkumlar tutuldu
Oğurluq edən keçmiş məhkumlar tutuldu22-04-2020, 17:43 |
|
Bərdə və Yasamal rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, aprelin 20-də Bərdə rayonu ərazisindəki mağazaların birindən 320 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları isə aprelin 19-na keçən gecə rayon ərazisində K.Kərimova məxsus 450 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayevi yaxalayıblar. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Rubrika.Az Geri qayıt |