Oğurluq edən keçmiş məhkumlar tutuldu
![]()
Bərdə və Yasamal rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, aprelin 20-də Bərdə rayonu ərazisindəki mağazaların birindən 320 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları isə aprelin 19-na keçən gecə rayon ərazisində K.Kərimova məxsus 450 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayevi yaxalayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş














