Əsas Səhifə > Hadisə > İmişlidə yol qəzasında iki nəfər xəsarət aldı

İmişlidə yol qəzasında iki nəfər xəsarət aldı


23-04-2020, 19:38
İmişlidə yol qəzasında iki nəfər xəsarət aldı


İmişli rayonunun Çahar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, "QAZel" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində İmişli rayon sakinləri, 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt