İmişlidə yol qəzasında iki nəfər xəsarət aldı
![]()
İmişli rayonunun Çahar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, "QAZel" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində İmişli rayon sakinləri, 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













