Əsas Səhifə > Bölgə > İmişlidə avtomobil piyadanı vurub
İmişlidə avtomobil piyadanı vurub24-04-2020, 19:45 |
|
İmişli rayonunda avtomobil piyadanı vurub. Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişlinin Otuziki kəndi ərazisində baş verib. Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu yolu keçərkən “Reno” markalı avtomobil tərəfindən vurulub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |