İmişlidə avtomobil piyadanı vurub
![]()
İmişli rayonunda avtomobil piyadanı vurub.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişlinin Otuziki kəndi ərazisində baş verib.
Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu yolu keçərkən “Reno” markalı avtomobil tərəfindən vurulub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











