Əsas Səhifə > Cəmiyyət > Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı
Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı29-04-2020, 17:52 |
|
Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib. Rubrika.Az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. Rubrika.Az Geri qayıt |