Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı
![]()
Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.
Rubrika.Az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.
Rubrika.Az
Facebook-da paylaş








