Əsas Səhifə > Hadisə > Bakı-Şamaxı yolunda qəza baş verib, yaralanan var
Bakı-Şamaxı yolunda qəza baş verib, yaralanan var29-04-2020, 19:32 |
|
Bakı-Şamaxı yolunda, Hökməli dairəsi adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az xəbər verir ki, "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yolun mərkəzi hissəsində "ISUZU" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Dadaşov müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda qəzanın baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |