Bakı-Şamaxı yolunda qəza baş verib, yaralanan var
![]()
Bakı-Şamaxı yolunda, Hökməli dairəsi adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yolun mərkəzi hissəsində "ISUZU" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Dadaşov müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda qəzanın baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












