Əsas Səhifə > Dünya > Avstriyada prezident iqamətgahına bomba qoyulması xəbəri yayılıb

Avstriyada prezident iqamətgahına bomba qoyulması xəbəri yayılıb


29-04-2020, 19:39
Avstriyada prezident iqamətgahına bomba qoyulması xəbəri yayılıb


Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.

Rubrika.Az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Hofburq sarayının təxliyəsinə başlayıblar.

Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.

Hofburq sarayında Avstriya Parlamentinin Aşağı Palatasının debat otağında ATƏT-in qərargahı yerləşir.

Prezidentin ve Baş naziri ofisləri arasındakı meydan da boşaldılıb.


Rubrika.Az
Geri qayıt