Avstriyada prezident iqamətgahına bomba qoyulması xəbəri yayılıb
![]()
Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.
Rubrika.Az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Hofburq sarayının təxliyəsinə başlayıblar.
Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.
Hofburq sarayında Avstriya Parlamentinin Aşağı Palatasının debat otağında ATƏT-in qərargahı yerləşir.
Prezidentin ve Baş naziri ofisləri arasındakı meydan da boşaldılıb.
Rubrika.Az
Facebook-da paylaş








