Əsas Səhifə > İstisadiyyat > Pandemiya Türkiyənin turizm sektoruna 4 milyard dollar ziyan vurub
Pandemiya Türkiyənin turizm sektoruna 4 milyard dollar ziyan vurub30-04-2020, 12:23 |
|
Koronavirus pandemiyasının ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Pandemiya turizmdən böyük qazanc götürən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, ötən ilin birinci rübü ilə müqayisədə Türkiyənin turizm gəliri 11.4 faiz azalıb. Bu isə 4 milyard 101 milyon 206 min dollar ziyan deməkdir. Mütəxəssislər bu sektordakı tənəzzülün ilin ikinci yarısına kimi advam edəcəyini proqnozlaşdırırlar. Rubrika.Az Geri qayıt |