Pandemiya Türkiyənin turizm sektoruna 4 milyard dollar ziyan vurub
![]()
Koronavirus pandemiyasının ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Pandemiya turizmdən böyük qazanc götürən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, ötən ilin birinci rübü ilə müqayisədə Türkiyənin turizm gəliri 11.4 faiz azalıb. Bu isə 4 milyard 101 milyon 206 min dollar ziyan deməkdir.
Mütəxəssislər bu sektordakı tənəzzülün ilin ikinci yarısına kimi advam edəcəyini proqnozlaşdırırlar.
Rubrika.Az
Facebook-da paylaş












