Əsas Səhifə > Səhiyyə > ÜST rəsmisi uşaqların koronavirusa yoluxmasından danışdı: “Böyük risk deyil”
ÜST rəsmisi uşaqların koronavirusa yoluxmasından danışdı: “Böyük risk deyil”1-05-2020, 15:50 |
|
“COVlD-19 uşaqlar üçün böyük risk deyil”. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, bu xəstəlik uşaqlar arasında yüngül keçir və ölüm halı yoxdur: “Ölüm halları olsa belə, ümumi nəticə içərisində bu, çox cüzi faizdir”. H.Harmancı qeyd edib ki, Avropa ölkələrində uşaqlar arasında kavasaki virusunun yayılmasının koronavirusun tərkib hissəsi olması məsələsi araşdırılır: “Kavasaki barədə isə hələlik dəqiqləşən bir fakt yoxdur”. Rubrika.Az Geri qayıt |