ÜST rəsmisi uşaqların koronavirusa yoluxmasından danışdı: “Böyük risk deyil”
![]()
“COVlD-19 uşaqlar üçün böyük risk deyil”.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, bu xəstəlik uşaqlar arasında yüngül keçir və ölüm halı yoxdur:
“Ölüm halları olsa belə, ümumi nəticə içərisində bu, çox cüzi faizdir”.
H.Harmancı qeyd edib ki, Avropa ölkələrində uşaqlar arasında kavasaki virusunun yayılmasının koronavirusun tərkib hissəsi olması məsələsi araşdırılır:
“Kavasaki barədə isə hələlik dəqiqləşən bir fakt yoxdur”.
Rubrika.Az
Facebook-da paylaş









