Əsas Səhifə > Aktual > Həyat yoldaşını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ
Həyat yoldaşını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ4-05-2020, 16:31 |
![]() Gəncədə həyat yoldaşını amansızlıqla qətlə yetrirməkdə təqsirləndirilən Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncə şəhəri Zülfi Hacıyev küçəsində baş verib. Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü həyat yoldaşı Zaur Vaqif oğlu Orucov Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib. Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın. Bizim Telegram kanalımıza abunə olun Paylaşmaq: Rubrika.Az Geri qayıt |