Həyat yoldaşını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ

Gəncədə həyat yoldaşını amansızlıqla qətlə yetrirməkdə təqsirləndirilən Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncə şəhəri Zülfi Hacıyev küçəsində baş verib.
Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü həyat yoldaşı Zaur Vaqif oğlu Orucov Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın. Bizim Telegram kanalımıza abunə olun Paylaşmaq:
Rubrika.Az
Facebook-da paylaş















