Əsas Səhifə > Bölgə > Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı
Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı4-05-2020, 17:30 |
![]() Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb. Rubrika.Az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub. Fakt araşdırılır. Rubrika.Az Geri qayıt |