Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı

Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.
Rubrika.Az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub.
Fakt araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş













