Əsas Səhifə > İstisadiyyat > Bakıda ekspres taksi xidməti təşkil edilə bilər

Bakıda ekspres taksi xidməti təşkil edilə bilər


4-05-2020, 17:49
Bakıda ekspres taksi xidməti təşkil edilə bilər


"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər", - o qeyd edib.

Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil.


Rubrika.Az
Geri qayıt