Bakıda ekspres taksi xidməti təşkil edilə bilər
![]()
"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
"Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər", - o qeyd edib.
Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil.
Rubrika.Az
Facebook-da paylaş













